Əlaqə Arxiv
news Image
2013.05.14
10:18
| A A A
Azərbaycanlı şairədən erotik şeir
Gənc şairə Leyli İsrafilova yeni şeir yazıb. Mövqe.az-ın məlumatına görə, bir çox məşhur mahnıların söz yazarı kimi tanınan Leyli budəfəki şeirinin bir qədər erotik alındığını deyib.

O bildirib ki, bu mahnını kimin oxuyacağı hələlik bəlli deyil. Həmin şeiri təqdim edirik: 

Dodaqlarım qibtə edir
Geyindiyin libaslara
Onlar toxunur, öpüşür səninlə
Uzanırlar yatağına

Mənim yerim sənin yanın
Duy nəfəsdə həyəcanı
Vücud soyuyur, ehtiras tərlədir
Al sıx məni qucağına

Əllərinlə bədənimdə
Gecənin rəngində çək sevgini
Öpüşündə, nəfəsində
Eşidim bu gecə ehtiras səsini

Gecə bizi qoy izləsin
Otağın içinə pərdə çəksin
Dəliliyin son həddini
Sən və mən, gecə görsün


Sizin Reklam Yeriniz