Əlaqə Arxiv
news Image
2013.05.14
13:10
| A A A
"Kristal"qrupunun eks üzvü əri ilə duet oxudu

Fəaliyyətinə "Kristal" qrupunda başlayıb, daha sonra solo karyerası ilə davam etdirən müğənni Lalə Qafarova, həyat yoldaşı Türkiyəli bəstəkar, müğənni Nurkan Mustafaoğlu ilə durmadan yaradıcılıqları üzərində çalışır.


Yeni işləri barədə "Qafqazinfo"ya açıqlama verən cütlük bildirib ki, ifa etdikləri "Aman-aman" duet mahnıları çox sevildiyinə görə ona klip çəkdirməyə başlayıblar.


Lalə həyat yoldaşı ilə oxuduğu duet haqqında bunları deyib: "Bizim "Aman aman" duet mahnımız hər kəs tərəfindən sevildiyinə görə və ilk duetimiz olduğuna üçün yaxın günlərdə klip çəklişlərinə başlayırıq. Klipi rejissor Emin Muradov çəkəcək. Çox maraqlı bir iş olacağına ümüd edirik . İnşallah may ayının sonuna klip hazır olacaq".


Onu da deyək ki, klip mahnının söz və musiqisi Nurkana məxsusdur.


Sizin Reklam Yeriniz