Əlaqə Arxiv
news Image
2013.05.15
12:05
| A A A
Azərbaycanlı modeldən açıqlama: "Miss Azərbaycan 2013-də yerlər satılmışdı"
Ötən həftə baş tutan “Miss Azerbaijan” 2013 müsabiqəsi ətrafında qalmaqal səngimək bilmir.

Mövqe.az-ın məlumatına görə, müsabiqədə tacını tullayaraq səhnəni tərk edən model Sevinc Kərimovanın "Miss şarm" titulu əlindən alınıb. Onun yerinə eyni nominasiya üzrə Tatyana Boqodiva layiq görülüb.

Sevinc saytımıza açıqlamasında qalib adını qazanmış Fidan Məmmədovanın bu mükafata layiq olmadığını deyib:

"Mən "Miss şarm" adına layiq görüldüm. Əgər yerimdən narazı olsaydım, elə həmin an səhnəni tərk edərdim. Sona kimi gözlədim. Fidanın birinci olmasını eşidəndə isə haqsızlığa dözə bilmədim. Çünki orada Fidandan daha gözəl qızlar var idi. Validə Abbasova onu gözəl hesab edirsə, demək zövqü korlanıb. Qızların haqqını yedilər. Mənim fikrimcə, qalib Xumray olmalı idi. Fidan birinci seçiləcək qədər gözəl deyildi. Biabırçılıq mənim mükafatımı yerə atmaq yox, çirkin birinə qalib adını vermək idi. Burada yerlər satılmışdı".

Sizin Reklam Yeriniz