Artıq çəki yoxsa ikinci körpə?
Keçən il yanvar ayında qızı Blu Ayvini qucağına alan amerikalı müğənni Beyonsun ikinci uşağına hamilə olduğu iddia edilib. Movqe.Az-ın məlumatına görə, keçən həftə bir pərəstişkarının konsert əsnasında çəkdiyi və qarnının şiş halda düşdüyü fotoşəkili məşhur müğənninin hamilə olduğu söz-söhbətinə yol açıb. Xatırladaq ki, amerikalı repçi Cey-Zi ilə ailəli olan məşhur müğənni qızının bir qardaşa ehtiyacı olduğunu açıqlamışdı.