Əlaqə Arxiv
news Image
2013.05.17
13:16
| A A A
Sevinc Kərimova: “O cür qız Azərbaycan gözəli ola bilməz” – ŞOK İTTİHAM (Özəl)

Xəbər verdiyimiz kimi, ötən həftə keçirilmiş "Miss Azerbaijan-2013" müsabiqəsində qalmaqal yaşanmışdı. Müsabiqədə "Miss şarm" tituluna layiq görülən Sevinc Kərimova başqa bir modelin - Fidan Məmmədovanın "Miss Azerbaijan" nominasiyasının qalibi seçilməsinə etiraz olaraq tacını tullamış, müsabiqə təşkilatçıları isə bu şəkildə səhnəni tərk edən model Sevinc Kərimovanı "Miss şarm" titulundan məhrum eləmişdilər.

Qeyd edək ki, "Miss Azerbaijan-2013" gözəllik müsabiqəsinin münsifləri İlhamə Quliyeva, Təranə Muradova  Leyla Əhmədova və Züleyxa Akçurina olub. Təşkilatçılar isə Onela Ordoxanova və Inam Quliyev olub. Məşhur model Valida Abbasova isə qızlara dəstək çıxdığını mətbuata açıqlama verərkən bildirib. 

Müsabiqənin nəticələrinə etiraz eləmiş Sevinc Kərimova baş verən hadisə ilə bağlı Mövqe.az-ın suallarını cavablandırıb.


- Sevinc xanım, öncə özünüzü təqdim edin...


- 23 yaşım var. Stilist-vizajist işləyirəm. Təhsilimin işlədiyim peşəyə aidiyyatı olmadığı üçün demək istəməzdim.


- Bu müsabiqəyə qatılmağınızın tarixçəsi necə oldu?


- Müsabiqəyə qatılmazdan öncə mən "Venera" agentliyində işləyirdim. Model kimi 8 aydır fəaliyyət göstərirdim. Bu yarışmaya gəlməkdə məqsədim ad almaq idi. İnternetdə elanı gördüm və gəldim.


- Siz münsifləri nominasiyaları satmaqda ittiham eləmisiz. O cümlədən Fidan Məmmədovanın "Miss Azerbaijan-2013"ün qalibi elan olunmasını da münsiflərin pul alması ilə izah eləmisiz. Maraqlıdır, müsabiqəyə qatılanda sizdən hər hansı yer tutmaq üçün pul tələb olunmuşdu?


- Müsabiqədə yerlərin satılması ilə bağlı heç bir məlumatım yox idi. Əgər belə bir məlumatım olsaydı, heç vaxt getməzdim. Müsabiqənin şərtləri belə idi ki, yarışa qatılanlara bu müddətdə model kimi başqa yerlərdə çalışmaq olmazdı. Müsabiqənin qalibi olmuş "Miss Azerbaijan" isə yalnız onların təşkilatı ilə fəaliyyət göstərməli idi.


- "MissAzerbaijan" seçilənə hansı mükafatlar verilir?


- Birinci yerin qalibi olan xanıma xüsusi bahalı heç bir hədiyyə verilmir. Verdikləri tac da heç brilliyant qaşlı deyildi. Sadəcə svarovski qaşlardan ibarət, adi tac idi. Ondan əlavə sponsorların hədiyyələri, diplomlar da təqdim olunurdu. Sadəcə birinci yerin adına görə, "Miss Azərbaycan"adına görə mübarizə gedirdi. İşlə təmin olunmaq fürsəti də yox idi. Ümumiyyətlə model biznesi Azərbaycanda inkişaf etməyib.


- Öz yerinizdən narazı idiniz, yoxsa Fidan Məmmədovanın birinci olmasından?


- Müsabiqədə mənə verilən yerdən narazi qaldım. O titula layiq deyildim. Həm üz cizgiləri, həm bədən quruluşu, həm də boy və sair bu kimi kreteriyalar nəzərə alınmaqla, özümü birinciliyə laiq görürdüm. Başqaları da bu fikrimə dəstək çıxıb deyirdilər ki, "Miss-Azərbaycan 2013" sən olmalıydın. Ancaq üz cizgiləri, üzdəki şirinlik, gözəllik nəzərə alınsaydı Xumayı birinci ola bilərdi. Mən onu da birinciliyə layiq görürdüm. Halbuki o da ikinci oldu.


- Fidan Məmmədovanı yarışmadan öncə tanıyırdınız? Şəxsi münasibətiniz var idimi o xanımla?


- Xeyr, tanımırdım. Fidan haqqında pis söz deyə bilmərəm. Şəxsi münasibətim yoxdur. Onu yarış müddətində tanıdım. Pis qız deyil. Sadəcə onun birinciliyə layiq görmürəm. Mənim fikrimcə, birinciliyə layiq sonuncu o idi. Amma qismət... Həmin yarışmada Adelya, Elnarə və başqa gözəl qızlar da vardı. Ancaq haqsızlıq edildi və onlara heç bir ad da verilmədi. Mənə də yəqin məcbur olub, titul verdilər. Bu qədər haqsızlıq olmazdı. Mən bunu özümə təhqir hesab etdim. Məgər mən Fidandan çirkinəm ki, o, "Miss Azerbaijan" olur, mən isə "Miss şarm"?!


Səhnənin arxasında bütün qızlar mənim etirazımı bəyəndilər. Dedilər, bravo Seva, haladır sənə. Amma hər şeyi çəkinmədən səhnədə etmək lazım idi. Digər qızlar da öz titullarından imtina etsəydilər, müsabiqənin qalibi bəlkə də layiq olan seçilərdi. Onlar kimdilər ki, mən onlardan qorxum? Adi təşkilatdır da... Sabah mən də sponsor cəlb edib, hər qızdan müəyyən məbləğdə pul qoparıb, elə yarışma təşkil edə bilərəm. Bu dövlət səviyyəsində təşkil olunan bir yarşma olsaydı, düşünürəm ki, belə haqqsızlıq olmazdı.


- Niyə etirazın məhz bu formasını seçdiniz?

- O adı eşidəndə şoka düşdüm və ona görə diplomumu yerə çırpıb getdim. Həmin dəqiqə səhnəni tərk etdim. Mən özüm stilist-vizajist işləyirəm. Gözəllikdən başı çıxan insanam. Ona görə də, tam arxayınlıqla deyə bilərəm ki, Fidan Məmmədova estetik əməliyyatlar etsə də, öz vücudunda necə dəyişikliklər eləsə də, heç vaxt bu ada layiq ola bilməz. Lap çirkin də deyil, orta səviyyədə olan qızdır. Onu da Allah yaradıb. Ona qalib adını verən insan düşünməli idi ki, belə ədalətsizlik etmək olmaz.


- Etirazınız yalnız birinci yer qazanan xanıma idi, yoxsa digər qalibləri də layiq hesab etmirsiniz?


- Xeyr, başqalarına qarşı heç bir narazılığım yox idi. Layiq idilər.


- Münsiflərlə münasibətiniz necə idi?


- Sözün düzü, münsiflərə qarşı içimdə şübhə olsaydı, yarışda iştirak etməzdim. Ab-havadan hiss olunmurdu ki, kimsə bu yeri ala bilər. Birinci yerin qiyməti haqqında məlumatım olmasa da, deyə bilərəm ki, bu yer pulla alınıb. Hər şey göz önündədir. Bəlkə bundan əvvəldə yerlər satılıb, sadəcə qalibin gözəl olmadığı üçün belə problemlər yaranmamışdı və ya etiraz edən olmamışdır. Bilirsiz, mən etdiyim hərəkəti kimsə etməliydi... Əslində mən birinci olmasaydım da narazı qalmazdım. Əsas o idi ki, yer almışdım...


- Bütün günahları münsiflərdə görürsünüz, yoxsa təşkilatçılarda da günah var?


- Fidan Məmmədova seçiləndə münsif Leyla Əhmədova mikrafona dedi ki, qızım, mən sənə səs verməmişəm. Bizdə normal təşkilati səviyyə yoxdur. Yaxşı sponsorlar olsaydı, digər yollara əl atılmazdı. Birincilik əvvəlcədən məlum idi. Yarışmadan öncə anam gəlib mənə dedi ki, oarada "Miss-Fidan" yazılıb və onun adına gül gəlib.


- Model Validə Abbasova hərəkətinizi qınadı, Fidan Məmmədova ilə müqayisədə sizi süni gözəl adlandırdı. Bəs buna münasibətiniz?


- Bəli, həmin xanım mənim hərəkətimi biabırçılıq adlandırdı. Amma biabırçılıq mənim hərəkətim yox, seçimin özü idi. O, mənim Barbi obrazında şəklimlə Fidan Məmmədovanın şəklini müqayisə edib, paylaşıb. Demək istərdim ki, orada mən obrazda olduğum üçün hər bir cizgim Barbiyə uyğunlaşdırılıb.


- Tituldan imtina etdiyiniz üçün peşman deyilsiniz?


- Xeyr. Bu yaxında məni Türkiyəyə yollayacaqlar. Orda artıq pul rol oynamır. Standartlara uyğun qız kimi Azərbaycandan mən gedəcəm, ölkəmizi təmsil edəcəm. Hələki müsabiqənin adını açıqlamaq istəmirəm.


- Gözəllik yarışmalarının adı altında başqa meyarlar güdülür. Belə yarışmalarla bağlı xoş olmayan söz-söhbətlər gedir. Ola bilər bu yarışmada da başqa məqsədlər var idi?


- Ola bilər. Nə qədər gözəl olursan-ol, əgər sən özünə ad qoymaq istəmirsənsə, normal həyat qurmaq istəyirsənsə, qızlara məsləhətim budur ki, belə bir müsabiqələrə heç vaxt getməsinlər.


- Bəs siz nədən getdiz?


- Mən bilmədən getdim. Səhv etdim. Gözəl qızam, lakin bu yarışa getməklə özmə ad qoydum. Xoşa gəlməyən söz-söhbətlər gəzdi. Modellik Azərbaycan üçün deyil. Mən özüm bu sənətimi davam etdirəcəmsə, onu başqa ölkədə edəcəm, inşallah.


- Sizin mükafatınızı alıb, digər xanıma verdilər. Digər "Miss-Şarım"ı qısqanmadınızmı?


- İnsanlar özlərini nə qədər alçaldır. Mənim artığımı başqa bir qız götürdü. Çox gülməlidir. Mən imtina edirəm, o isə götürür. Necə qəbul edir, artıq onu deyə bilmərəm. Pis olmadım. O nominasiyada faktiki mən seçilmişəm.


- "Miss Azərbaycan-2013"ə nə demək istərdiniz?

- (Bir neçə dəqiqə gülür) Yaxşı sualdır. O da Allah quludur. Ancaq layiq deyil. İnsanlığına, şəxsi keyfiyyətlərinə qarışa bilmərəm. O, belə iddialı idisə, gedib bir az özünə əl gəzdirib, podiuma çıxardı. Özünü biabır etməzdi. Azərbaycan gözəli elə qız ola bilməz. Heç özü Azərbaycan qızına oxşamır. Göz yaşıl, saç sarı... Elə bil Mister Bindir. Millət ayağa qalxıb, üsyan edir. Belə gözəl olar?!















Sizin Reklam Yeriniz