Əlaqə Arxiv
news Image
2013.05.21
15:33
| A A A
"The Doors"un təsisçisi öldü

Movqe.az xəbər verir ki, 1960-cı illərin məşhur rok qrupu "The Doors"un qurucularından klaviaturaçı Rey Manzarek 74 yaşında vəfat edib. Manzarek, qrupu Los Ancelesdə tanış olduğu Cim Morrison ilə 1965-ci ildə yaradıb. İllərdir öd kanalı xərçəngiylə mübarizə aparan Manzarekın Almaniyanın Rosenheim şəhərindəki bir xəstəxanada öldüyü açıqlanıb. The Doors, 1960-cı illərdə The End, Break on Through to the Other Side və Hello I Love You kimi mahnılarla məşhurlaşmışdı. Qrup dünya daxilində 100 milyondan çox albom satıb. Dövrünün ən böyük klaviatura ifaçılarından biri olan Manzarek, Riders on the Storm və Light my Fire kimi mahnılardakı performanslarıyla xatırlanır. Qrupun solisti Cim Morrison 3 İyul 1971-ci iıdə Parisdə ürək çatmazlığından öldükdən sonra qrupun fəliyyyətini dayandırmamış, Manzarek vokalları boynuna götürmüşdü.



Sizin Reklam Yeriniz