Əlaqə Arxiv
news Image
2012.05.07
11:31
| A A A
Bu gün Xuraman Şuşalı yeni klipini təqdim edəcək
Müğənninin ifa etdiyi mahnı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunub

Bu gün müğənni Xuraman Şuşalı Bakı Caz Mərkəzində yeni klipinin təqdimat mərasimi keçiriləcək. Bu barədə Movqe.Az xəbər portalına müğənninin prodüseri Diana Babayeva məlumat verib. D.Babayeva bildirib ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçiriləcək təqdimat mərasimində Xuramanın ifa etdiyi "Azərbaycan" mahnısına çəkilən klipin nümayişi olacaq. Prodüser mahnının Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunduğunu dedi:

"Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakı Caz Mərkəzində 12 ildir ki, adıçəkilən partiyanın üzvü olan tanınmış müğənni Xuraman Şuşalının ifa etdiyi "Azərbaycan" mahnısının təqdimatı olacaq. Mahnı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunub. "Azərbaycan" mahnısına rejissor Elçin Məmmədov klip çəkib", - D.Babayeva söylədi.

Müğənninin prodüseri onu da qeyd etdi ki, tədbirdə YAP-ın sədri, üzvləri, o cümlədən, millət vəkilləri, ziyalılar, mədəniyyət və incəsənət nümayəndələri və KİV-i iştirak edəcəklər.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz