Əlaqə Arxiv
news Image
2013.05.29
12:19
| A A A
Mətanət İsgəndərli sənətində yeniliklər edib.

Mövqe.az-ın məlumatına görə, müğənni sözləri Türkiyənin nəğməkar şairəsi Ayşə Birgül Yılmaza, musiqisi isə Elza Seyidcahana məxsus "Gözlərin" adlı mahnıya klip çəkdirib.


"Elza ilə illərdir rəfiqəyik. Amma bu illər ərzində Elza mənə cəmi bir mahnı hədiyyə edib. Əslində bu mahnı 5 il bundan əvvəl aranjiman olunub, amma studiyada bu yaxınlarda lentə aldıq. Çox gözəl musiqidir. Yaxın günlərdə klipini təqdim edəcəyəm. Məni tanıyanlar bilir ki, hər yay bir hit mahnıya klip çəkdirirəm".


"Bəzən o qədər doluram ki, kənara çəkilib ürəyimdən keçənləri bir-bir yazmağa başlayıram. Onlar şeir yox, mənim özümlə söhbətimdir. Yazanda elə bilirəm ki, sakitləşirəm. Amma şeirlərimdən elələri var ki, heç vaxt üzə çıxartmayacağam. Bu yay isə onların bəzilərindən ibarət disk çıxaracağam" – deyə müğənni əlavə edib.

Sizin Reklam Yeriniz