Əlaqə Arxiv
news Image
2013.05.29
15:08
| A A A
Saxta "Psy" məşhurları aldatdı

"Cannes" Film Festivalında bir çox məşhuru aldadan saxta Psy, indi də Monakoda keçirilən Formula 1 yarışlarında görülüb. Saxta Psy, Cannesdən sonra bu dəfə "Monaco Grand Prix"dəki Formula 1 yarışlarında məşhurları aldatmağı bacarıb. Cannes Film Festivalında ortaya çıxaraq Gangnam Style mahnısıyla məşhurlaşan Cənubi Koreyalı müğənni PSY-ni təqlid edən Dennis Karre Monakoda yenə məşhurlar şəbəkəsinə qoşulub. Movqe.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Karre, bu dəfə də Deyvid Hasselhoff və Amanda Holdeni aldadıb. Holden və Hasselhoff saxta PSY-lə olan fotoşəkillərini Tvitterdə paylaşıb. Lakin Hasselhoff, "Bu həqiqi Psy"dir?" deyə düşünərək təmkinli davranıb.




Sizin Reklam Yeriniz