Əlaqə Arxiv
news Image
2013.06.03
15:19
| A A A
“Hürrəm Sultan” Bakıda və Qəbələdə aktyor axtaracaq
Türkiyənin məşhur aktyoru Acun İlicalı yaxın günlərdə Bakıya gələcək.

O, Türkiyə və Azərbaycanın birgə layihəsi olan "Acıtan yürek" bədii filminin çəkilişləriylə bağlı seçim turuna münsif kimi qatılacaq.


Bu barədə layihənin təşkilatçısı Günel Abdullayeva məlumat verib.

Bundan başqa, Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmakın ekranlaşdıracağı "Acıtan yürek" filminin final seçim turlarında Türkiyənin məşhur aktyoru Saruhan Hünel və "Muhteşem yüzyıl" serialında Hürrəm Sultanı canlandıran aktrisa Meryem Üzerli də iştirak edəcək. Adıçəkilən sənətçilərin Bakıya gəlişi qarşıdakı günlərdə məlum olacaq.

Məlumat üçün bildirək ki, "Acıtan yürek" filminin çəkilişləri Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdiriləcək.

Filmdə çəkilmək üçün seçim turları davam edir. Seçim turlarına 18-30 yaş arası gənclərlə (qeydiyyatın qiyməti 4 AZN dəyərindədir) yanaşı, 3-14 yaş arası uşaqlar da (qeydiyyatın qiyməti 2 AZN dəyərindədir) qatıla bilərlər. Bunun üçün qeyd olunan yaş həddinə uyğun şəxslər (qadın və kişi) şəxsiyyət vəsiqəsinin surətiylə və 2 ədəd 3x4 ölçülü şəkillə müraciət edə bilərlər.

Qeyd edək ki, bu gündən etibarən Facebook sosial şəbəkəsində "Acıtan yürek" bədii filminin rəsmi qrupu fəaliyyətə başlayıb.

Sizin Reklam Yeriniz