Məşhur aktrisa ilə yemək dərsi 2 min dollar
Bir otel məşhur ulduzu yemək dərsi verməyə dəvət edib.
İkinci yemək kitabını yazan "Oscar" mükafatlı aktrisa Gvinet Peltrou, "Groupon.com" adllı internet saytından 60 pərəstişkarını ABŞ-ın Nyu York şəhərində 2 gecəlik 4 ulduzlu bir oteldə yemək dərsi verməyə dəvət edib. Movqe.Az-ın məlumatına görə, 2 nəfərlik biletlərin 2 min dollar olduğu dəvətdə, Peltrou xüsusi yemək dərsləri də verəcək. Biletlər 24 saatdan qısa bir müddətdə satılıb. Yemək dərsləri iyunun 14-də başlayacaq. Xatırladaq ki, 2 uşaq anası olan Peltrou, Londonda Kalifornia yeməklərinin təqdim edildiyi "pop-up" stilində bir restoran açacağını açıqlayıb.