"Titanic"in ulduzu ana olacaq
Movqe.Az xəbər verir ki, məşhur ingilis aktrisa Keyt Vinslet, üçüncü uşağına hamilə olduğunu açıqlayıb. Oskar mükafatlı aktrisanın meneceri Sara Keni keçən dekabr ayında Ned Rocknroll ilə həyatını birləşdirən 37 yaşlı Vinsletin ilin sonuna doğru doğum etməsinin gözlənildiyini söyləyib. Vinsletin ilk həyat yoldaşı rejissor Cim Sreapletondan 12 yaşında Mia adında bir qızı və ikinci həyat yoldaşı rejissor Sam Mendesdən 9 yaşında Coe adında bir oğlu var. Ceyms Kameronun 1997-ci il tarixli filmi "Titanic" də Leonardo di Caprio ilə baş rolunu paylaşaraq dünya səviyyəsində tanınan Vinslet, 2008-ci ildə "The Reader" filmindəki performansıyla "Ən Yaxşı Qadın Aktrisa" Oskarına layiq görülmüşdü.