Əlaqə Arxiv
news Image
2012.05.08
13:31
| A A A
Azəri Günel, Röya və Tunar birgə səs-küyə səbəb olacaqlar – EKSKLÜZİV
“Röya ilə aramızda heç bir problem yoxdur”

Azərbaycanın və Türkiyənin məşhur müğənnisi Azəri Günel yeni açıqlmasıyla böyük sənətkarlarla barışdığını deyib. Bu barədə Movqe.Az xəbər portalına müğənni özü danışıb. Azəri Günel bildirib ki, polemikadan uzaq gəzir. O, açıqlamasında heç kimin, o cümlədən, Röyanın komandasında yer almadığını və Röya ilə dost olduğunu dedi: "Mən komandaya girmirəm. Yəni ki, kiminsə komandasında, ya da kimsə mənim komandam da deyil. Belə bir şeyi də qəbul etmirəm. Yaxşı bir şey deyil. Amma dostluq baxımından, Röya ilə dostluq edirəm. Röya ilə aramızda heç bir problem yoxdur. Onu çox istəyirəm. Onunla bir torpağdanıq-Ağdamlıyıq! Böyük sənətkarlarımızla da artıq barışmışam. Daha doğrusu polemikanı, dedi-qodunu, ümumiyyətlə, bu cür amillərə daxil olmaq istəmirəm və gərəkli deyil".

Müğənni onu da qeyd etdi ki, özü, qardaşı və Röya birgə layihə üzərində çalışırlar: "Allah qoysa, mən, qardaşım Tunar və Röya birgə layihə üzərində çalışacağıq. Belə bir şey var. Tunarın öz bəstəsidir. Onu trio şəklində oxuyacağıq", - Günel söylədi.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz