Əlaqə Arxiv
news Image
2013.06.07
15:34
| A A A
Adele rekorda doğru gedir

Movqe.Az xəbər verir ki, ingilis müğənni Adelenin ikinci studiya albomu olan "Adele'S 21" dünya daxilində iki il ardıcıl ən çox satılan albom ünvanını qazanıb. İki il ardıcıl ən çox satılan albom çıxarma müvəffəqiyyətini göstərən Adele həmçinin dünya daxilindəki albom satışlarında 13.3 faizlik pay əldə edərək yeni bir rekordun sahibi olub. ABŞ-da 2012-ci ildə 4,4 milyon nüsxə satılan albom 2011-ci ildə 5,8 milyon satılmışdı. Beləcə Adele dünya daxilində albomu ən çox satılan müğənni olub. 2009-ci ildə Susan Boyle, 2008-ci ildə Coldplay, 2007-ci ildə isə Amy Vaynhouz dünya daxilində albomları ən çox satılan adlar olmuşdu. İngilis musiqi qrupu One Direction-ın "Up All Night" və "Take Me Home" albomları isə dünya daxilində ən çox satan üçüncü və dördüncü albom olma xüsusiyyətini əldə edib. Rod Stevartın ötən il çıxan "Merry Christmas Baby" albomu dünya daxilində ən çox satan 8-ci albom olub, İngilis folklor qrupu Mumford & Sons "Babel" adlı albomlarıyla siyahıda 10-cu sırada qərarlaşıb.

Sizin Reklam Yeriniz