Aygün Kazımovaya ağır itki - Foto
Xalq artisti Aygün Kazımovaya ağır itki üz verib.
A.Kazımovanın bir həftə öncə azadlığa çıxan qardaşı Kazım Kazımzadə vəfat edib.
Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib. Noyabrın 15-i isə Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Xalq artisti orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkmişdi.
Allah rəhmət eləsin!