Əlaqə Arxiv
news Image
2013.06.20
15:11
| A A A
Rafet El Roman və Ezo Bakıya gəlir-Eksklüziv
Nahid Emiloğlu: «Rafet El Romanın və Ezonun “Kalbimə sürgün” dueti əsnasında çox gözəl konsert keçiriləcək»

Türkiyənin tanınmış müğənnisi, estrada ulduzu Rafet El Roman və Ezo Bakıya gəlir. Müğənnilər iyulun 18-də canlı Yaşıl teatrda konsert proqramı ilə çıxış edəcək. Bu barədə konsertin təşkilatçısı, "Səs Muzic Orqanization"un rəhbəri Nahid Emiloğlu Mövqe.az-a açıqlamasında məlumat verib: "İyulun 18-də saat 20:00-da Yaşıl teatrda müğənni Rafet El Roman və Ezonun birgə konserti keçiriləcək. Konsert 2 saat davam edəcək. "Romantik yay axşamı" adlı konsert əminəm ki, izləyicilərə romantik, gözəl əhval-ruhiyyə bəxş edə biləcək. Maraqlı, əyləncəli performanslar göstəriləcək. Rafet El Romanın və Ezonun "Kalbimə sürgün" dueti əsnasında çox gözəl konsert keçiriləcək. Bu barədə eksklüziv sizə məlumat verirəm. Hələ konsertin reklamlarına bu gündən start verəcəyik".

Xatırladaq ki, Yaşıl teatrda baş tutacaq konsertin biletlərinin qiyməti 20-80 manat arasıdır. 

Konsertin informasiya dəstəkçisi movqe.az saytıdır. 

Sizin Reklam Yeriniz