Əlaqə Arxiv
news Image
2013.06.20
16:37
| A A A
Ancelina Colinin Suriyalı qaçqınlara yardım çağırışı

Movqe.Az xəbər verir ki, Birləşmiş Millətlər Mühacirlər Ali Komissarlığı (BMMYK) xüsusi elçisi aktrisa Ancelina Coli, Suriya-İordaniya sərhədində Suriyadakı qarşıdurmalardan qaçan qaçqınları ziyarət edib. Komissarlıqdan edilən şərhə görə, Ancelina Coli Suriyalı qaçqınlara dəstək olmaq və bu problemi dünya gündəminə daşımaq məqsədiylə bölgəyə gedib. Suriya sərhədində Humus, Dera və Kusayrdan qaçan qaçqınları dinləyən Coli, 21-ci əsrin ən pis insani böhranının yaşanmaqda olduğunu söyləyib. Bütün dünyaya Suriya xalqına daha çox kömək etmələri çağırışı edən Coli "Burada yaşanan insani faciəyə qarşı edilən beynəlxalq yardımlar qeyri-kafidir. Daha çox yardıma ehtiyac var. Problemə siyasi həll lazımdır" deyib. İordaniya səfəri çərçivəsində rəhbərlərlə də görüşəcək Colinin, müxtəlif şəhərlərdəki Suriyalı qaçqınları və Zatari düşərgəsini ziyarət edəcəyi ifadə edilib.


Sizin Reklam Yeriniz