Əlaqə Arxiv
news Image
2020.01.20
22:28
| A A A
Ələkbər Yasamallının bacısı oğlunun intihar səbəbi bəlli olub

Ötən gün Bakıda intihar edən 21 yaşlı Niftəliyev Şamxal Təbriz oğlununun özünə qəsd etməsiylə bağlı bəzi təfərrüatlar məlum olub.

Mövqe.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hərbi xidmətdən yeni qayıdan gəncin sevdiyi qıza görə intihara əl atdığı bildirilir.

Belə ki, Şamxalın ailəsi onun sevdiyi qızla münasibətlərini rəsmiləşdirməsinə razı olmayıblar. Onun bu səbəbdən nənəsinə məxsus evin eyvanında özünü asdığı qeyd olunur.

Xatırladaq ki, Niftəliyev Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur.

Sizin Reklam Yeriniz