Azərbaycanda mövcud şou-biznesin səviyyəsi hər zaman ciddi tənqid hədəfəinə çevrilib. Bununla bağlı Mövqe. az-a danışan Samir Piriyev qeyd edir : " Mən Azərbaycanda olan şou-biznesi "priznavat" etmirəm, heç etməyəcəm də... Çünki Azərbaycanda şou-biznes yoxdur. 50 il keçsə də, bizdə şou-biznes olmayacaq və nə qədər ki, bizdə şou-biznes olmayacaq mən də, bu olanları şou-biznes kimi qəbul etməyəcəm! Bizdə şou-biznesin sadəcə adı var. Əslində, isə bizim müğənniləri başqa şeylər daha çox maraqlandırır. Bizimkilər ancaq ona-buna söz atırlar, özgə işlərlə məşğul olurlar. Həm də Azərbaycanda müğənnilər toydan başqa heç nə fikirləşmirlər. Müğənnilərimiz toya gedirlər, diski taxıb yarım saat oxuyurlar, 10 min alıb, qoyurlar ciblərinə... Bu da olur sənət! Hər şeyi də toya görə planlaşdırırlar. Əsl şou-biznes isə bu deyil və belə olmamalıdır".