Əlaqə Arxiv
news Image
2020.02.06
21:49
| A A A
“Qərib Azər” qayıdır

Aparıcı Azər Qəribov Keçmiş ANS TV-də yayımlanan “Qərib Azər” layihəsi ilə yenidən qayıdır.

Onun proqramı Real TV-də yayımlanacaq.

Bu barədə aparıcı özü informasiya verib:

“Çoxsaylı təkliflərinizi və öz istəklərimi nəzərə alıb yenidən tək aparıcı qismində efirə qayıdıram. 17 il əvvəl ilk dəfə efirə gedən “Qərib Azər” yenə də müəllifliyimlə, səsimlə, yanaşmamla evlərinizə qonaq gələcək. 15 dəqiqəlik veriliş 3 tam müstəqil 5 dəqiqəlik sujetdən ibarət olacaq. Bu sujetlər ardıcıl olaraq həftənin dördüncü, beşinci və şənbə günləri xəbərlər blokunda göstəriləcək, özü də gündə 5 dəfə - saat 14.00-dan başlayaraq.

Bazar günü isə bu 3 sujet tam bir verilişdə birləşəcək və iki dəfə efirə gedəcək: 14.30 və 19.30-da”.

Qeyd edək ki, aparıcı sonuncu dəfə ATV-də “Oralar” layihəsinin aparıcısı idi. 

Sizin Reklam Yeriniz