Əlaqə Arxiv
news Image
2013.06.25
16:55
| A A A
Ölüm səbəbi narkotik deyil
Emi Uaynhausun ölüm səbəbi açıqlanıb

2011-ci ildə vəfat edən müğənni Emi Uaynhausun böyük qardaşı, bacısının spirt və ya narkotikdən deyil, kifayət qədər qidalanmadığı səbəbiylə öldüyünü bildirib. Movqe.Az-ın məlumatına görə, Aleks Uaynhaus, 27 yaşında həyatını itirən bacısının bulimiya xəstəliyindən öldüyünü açıqlayıb. 17 yaşından bəri müğənninin düzgün bəslənmədiyini söyləyən Aleks, "Bacımın narkotikdən öləcəyini güman edirdik, amma bu qədər erkən ölməsinin səbəbi qaydasız qidalanmağın yaratdığı zəif immunitet sistemi idi" deyib. "Observer" jurnalına müsahibə verən Aleks, qidalanma pozuqluğu olan bulimiya xəstəliyinə diqqət çəkərək, ölümündən sonra müğənninin adını verdikləri bir xeyriyyə quruluşu quraraq bulimiya xəstələrinə dəstək olub onları sağaltdıqlarını söyləyib.

Sizin Reklam Yeriniz