Əlaqə Arxiv
news Image
2013.06.27
12:34
| A A A
Məşhur rejissordan müğənnilərin ünvanına şok ittihamlar-Özəl
«Onlara əl salfeti kimi baxmaq lazımdır» Mövqe.az-ın məlumatına görə, sosial şəbəkədə Nail Naiboğludan müğənnilərin ünvanına şoktəhqirlər səslənib. Belə ki, ATV Televiziyasının keçmiş vitse-prezidenti Həsən Abdullayevin qızının nişan mərasimində bir çox məşhur müğənninin iştirak etməməsi xəbərinə məşhur rejissor belə cavab yazıb:

"Bu gün oxudum ki, ATV-nin keçmiş vitse-prezidenti H.Abdullayevin qızının nişan mərasiminə dəvət alan müğənnilərin əksəriyyəti həmin mərasimdə iştirak etməyiblər. Bu olay mənə bir daha sübut etdi ki,  müğənnilərin 99%-nə hörmət etmək olmaz. Onlara əl salfeti kimi baxmaq lazımdır. İstifadə etdin və tulladın zibil yeşiyinə!!!" 

Nəzərinizə çatdıraq ki, rejissora cavab olaraq müğənni Sevinc Ağaşirinova bildirib: "Səninlə tam razı deyiləm........ Sən əminsənki vaxtında Həsən müğənnilərə hörmət edib? Sən özün hər şeyi yaxşı bilirsən ".

Sizin Reklam Yeriniz