Əlaqə Arxiv
news Image
2020.02.17
22:23
| A A A
Eltonun səsi batdı, səhnədə ağladı - Video

Britaniyalı müğənni-bəstəkar Elton Conun Yeni Zelandiyadakı konserti zamanı qəfildən halı pisləşib.

Konsertdən əvvəl həkimlər ona yüngül ağciyər toxumalarının iltihabı (pnevmoniya) xəstəliyinin olduğunu desələr də, o yenə də səhnəyə çıxmağa üstünlük verib.

Oxuyarkən anidən səsi tutulan ifaçı konserti yarımçıq qoymağa məcbur olub. Əhvalı pozulan ulduz ağlamağa başlayıb. Sevənləri isə dəstək məqsədi ilə onu alqış atəşinə tutublar.

Səhnəni tərk edən 72 yaşlı musiqiçi sosial şəbəkədə pərəstişkarlarından üzr istəyib:

“Bu gün Oklenddəki konsertimə gələn hər kəsə təşəkkür edirəm. Bir neçə saat əvvəl mənə yüngül pnevmoniya diaqnozu qoyulmuşdu, amma mən sizə möhtəşəm gecə yaşatmaq istəyirdim. Səsim itənə qədər əlimdən gələn hər şeyi etdim. Çox məyus oldum, sizdən üzr istəyirəm. Mənə göstərdiyiniz dəstəyə və məhəbbətə görə hamınıza təşəkkür edirəm”.

Qeyd edək ki, bu, Eltonun səhnəyə vida turnesi çərçivəsində keçirilən ilk musiqili gecəsi idi. Tur ərzində onun 300-ə yaxın konsert verməsi planlaşıdırılıb.

 

Sizin Reklam Yeriniz