Əlaqə Arxiv
news Image
2013.06.28
13:27
| A A A
Azərbaycanlı müğənninin 40 minlik maşınını kim yandırdı?!

Müğənni Zarina Məmmədovanın avtomobili bu gün gecə yanıb.Müğənninin mətbuat katibi Türkan Məmmədlinin Mövqe.az-a açıqlamasına görə, hadisə gecə saatlarında baş verib: " Maşın yanan zaman Zarina yatmış olub, xəbəri olmayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib. Zarina indi Azərbaycan   Milli  Konservatoriyasında dövlət imtahanındadır. Çıxsın, rəsmi açıqlama yayacayıq. Hələki hadisə bizə də müəmmalı qalıb. Araşdırmalar aparılır".

Hadisənin qəsddən törədilməsi barədə sualımıza isə T.Məmmədli belə cavab verib:  " Bununla baglı açıqlama verəcəyik. Ancaq hələ ki, dəqiq məlumat yoxdur". 


Nəzərinizə çatdıraq ki, müğəninin "Toyota RAV4" markalı avtomobilinin qiyməti 40 min manat dəyərində olub. 


Sizin Reklam Yeriniz