Evlənməkdən imtina etdilər?
Amerikalı aktrisa Cennifer Eniston və nişanlısı Castin Serouksun evlənməkdən imtina etikləri xəbəri yayılıb.
Movqe.Az-ın məlumatına görə, Bred Pittin keçmiş həyat yoldaşı olan Enistonla aktyor Castinin evlilik planlarından imtina etmələrinin səbəbi ayrı şəhərlərdə yaşamaq istəmələridir. Castin Serouks ABŞ-ın Nyu York şəhərində yaşamaq istəyir, Eniston isə çox sevdiyi Los Ancelesdən köçüb Nyu Yorka getmək istəmir. Bu səbəblə evlənməyəcək olan cütlük əlaqələrini iki şəhər arasında davam etdirməyi planlaşdırırlar. Ancaq, fərqli yerlərdə əlaqələrini davam etdirə biləcəkləri də şübhə altındadır.