Əlaqə Arxiv
news Image
2020.03.18
15:58
| A A A
Çingiz Əhmədovun oğlu məşhur aktrisa ilə sevgili oldu - FOTO

“Yuxu” serialında baş rolda çəkilən aktyor İbrahim Çingiz tanınmış həmkarı Aydan Axundzadə ilə sevgilidir.

Mövqe.az xəbər verir ki, cütlük münasibətlərini sosial şəbəkədə elan edib. Belə ki, ulduzlar səmimi pozada çəkilən fotolarını instaqramda paylaşaraq “Bəs siz koronavirusdan necə qorunursunuz?” yazıb. Hər ikisi də rəy bölməsinə ürək işarəsi qoyub.

Qeyd edək ki, İbrahim Çingiz ötən il Aydan Axundzadənin bacısı Fidan Axundzadə ilə “Könül yarası” serialında tərəf müqabili idi. Aktyor Əməkdar artist Çingiz Əhmədovun oğludur. Bundan başqa, Aydan Axundzadənin İbrahim Çingizdən bir neçə yaş böyük olduğu deyilir.

Sizin Reklam Yeriniz