Əlaqə Arxiv
news Image
2020.03.22
21:56
| A A A
"Qurd" nişanlandı - Şəhriyarla bacanaq oldu

"Qurd" ləqəbi ilə tanınan reper Fərid Eminov ailə qurmağa hazırlaşır.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, reper tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədova ilə nişanlanıb. Nişan mərasimi evdə baş tutub.

Bu barədə "Qurd" özü məlumat verib. O, koronavirusla əlaqədar gərgin vəziyyətə baxmayaraq, mərasimi təxirə salmaq istəmədiklərini bildirib:

"Subaylar üçün olsun. Bəli, çox çətin bir vaxtda biz “həri”ləndik. Yanımızda olan, bizə dəstək verən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, reper bir dəfə ailəli olub. Onun bu evlilikdən 2 oğlu var.

Sizin Reklam Yeriniz