Əlaqə Arxiv
news Image
2012.05.11
18:49
| A A A
Polad Ələmdar sevgilisiylə hər şeydən uzaq olacaq - FOTO
Məşuq: “Hazırda evlilik haqqında düşünmürük”

Məşhur "Kurtlar Vadisi" serialının baş qəhrəmanı Polad Ələmdar obrazını canlandıran aktyor Necati Şaşmazın sevgilisi Nur Fəttahoğlu jurnalistlərlə üzləşib. Movqe.Az xəbər verir ki, saç uçtasının yanına gedərkən jurnalistlərə yaxalanan N.Fettahoğlu, sevgilisiylə tətil planlarından danışıb. N.Fəttahoğlu, aktyorla tətili səbirsizliklə gözlədiklərini və hər şeydən uzaqlaşmaq üçün də xarici ölkələrin birini istədiyini vurğulayıb.

Müxbir, "Birlikdə görüntülənmək üçün xaricdə tətil edəcəksiniz?" sualına, N.Fettahoğlu gülərək, "Xeyr, heç bir əlaqəsi yoxdur. Sizinlə əlaqəmiz, narahat edici ölçüdə deyil", - deyib.

Müxbir:

- Sizi Necati bəylə nə vaxt görəcəyik? Toy nə vaxtdır?

N.Fettahoğlu:

- Hazırda evlilik haqqında düşünmürük.

Fuad Mədətov

Movqe.Az





Sizin Reklam Yeriniz