Əlaqə Arxiv
news Image
2020.04.09
20:19
| A A A
8 aylıq nəvəsinə ev alıb

Əməkdar artist Könül Kərimova qızı Ləmanı və nəvəsini görə bilməməkdən şikayətlənib.

Axşam.az xəbər verir ki, bu haqda "Şou ATV" verilişində danışan müğənni övladının rayonda yaşadığını söyləyib. Kərimova nəvəsi üçün aldığı hədiyyəni də açıqlayıb:

"Qızım Ağcəbədidə yaşayır. Kürəkənimin işi oradadır. Onları qoyub bura köçə bilməzlər. İndi də yollar bağlanıb, ayrı qalmışıq. Nəvəm, qızım üçün çox darıxıram. Başqa bir duyğulardır. Bütün günü görüntülü danışıram, ürəyim partlayır.

Nəvəm üçün ev almışam. 8 aylıqdır, Allah qismət etsə, ona ad günü keçirəcəm. Hər kəsi başımıza toplayacam, nəzir verib, qurbanlar kəsəcəm.

Nəvəmə ilk dəfə Nilay adı qoymuşdular. Xoşum gəlmədi, etiraz etdim. Dəniz adını istəyirdim. Onlar da məndən xəbərsiz gedib, adı dəyişiblər".

Sizin Reklam Yeriniz