Əlaqə Arxiv
news Image
2013.07.11
16:55
| A A A
Ajda Pekkana qarşı böyük iddia

Movqe.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Superstar Ajda Pekkananın həyat yoldaşıyla əlaqəyə girdiyini iddia edən qadın kompensasiya tələb edir. Ajda Pekkanın yoldaşı Bülent Çavuşoğlu ilə mənəvi və fiziki əlaqəyə girdiyini iddia Tuğçe Çavuşoğlu, Süperstardan 250 min lirə mənəvi təzminat istəyir. Əli Oktayın xəbərinə görə, tanınmış cütlük Tuğçe Çavuşoğlu və Bülent Çavuşoğlunun boşanma iddiası davam edərkən; Ajda Pekkanı çətin vəziyyətə salacaq bir inkişaf yaşanıb. Məşhur işqadını, bir dövr yoldaşının adının eşq dedi-qodularına qarışdığı Süperstara təzminat iddiası açıb. Tuğçe Çavuşoğlu; vəkili vasitəsilə təqdim etdiyi ərizədə; "aldadılma hadisəsinin ortaya çıxmasından bu yana cəmiyyət içinə çıxa bilməz hala gəldiyini" iddia edib. Ələ salındığını iddia edən Çavuşoğlu, yenə ərizəsində "getdiyi məkanlarda çalınan musiqinin yarıda kəsilərək Ajda Pekkan mahnılarının çalındığını" da iddia edib. 

Sizin Reklam Yeriniz