Əlaqə Arxiv
news Image
2020.04.24
20:10
| A A A
“Sosial şəbəkələr bağlansa, məşhurların heç kim olduğunu anlayacağıq”
Dialoqlar uzundur. Hadisələr bəsitdir. Bütün hadisələr bir evdə, mətbəxdə, yataq otağında, həyətdə, maşında baş verir. Bunun da səbəbini bilirəm. Büdcə və vaxt azlığıdır. Gündəlik serialın texnikası budur.

Mövqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "MTV"yə müsahibəsində rejissor Kənan M.M. seriallardakı çatışmazlıqlar haqda danışarkən deyib.

O, ekran işlərinə eyni simaların çəkilməsindən danışıb:

"Əgər hər dəfəsində fərqli görünə bilirsə, bu, təkrar deyil. Ümumiyyətlə, pis aktyor, aktrisa anlayışı yoxdur. Pis rejissor var".

Uzun müddətdir klip çəkməyən Kənan sənət adamlarından söz açıb:

"Balaca vaxtı klip çəkirdim. O, bizim üçün bir tramplin idi, atladıq. Sənət İnstaqram-dan ibarət olduğu üçün o şeylərə artıq ehtiyac qalmayıb. Bir gün Azərbaycanda İnstaqram və "YouTube" bağlansa, biz o zaman çox məşhurların heç kim olduğunu anlayacağıq".

Sizin Reklam Yeriniz