Əlaqə Arxiv
news Image
2013.07.15
15:08
| A A A
Üçüncü dəfə evləndi

Movqe.Az xəbər verir ki, Amerikalı aktrisa Halle Berri, Fransız aktyor Oliver Martinez ilə ailə həyatı qurub. Toy Fransanın Burgundy bölgəsindəki qalada edilib.  Mərasimin axşam yeməyi, hava fişəng nümayişi və toy tortunun kəsilməsiylə sonlandırıldığı deyilib. Berrinin meneceri Meredith Osullivan Vasson cütlüyün evləndiyini təsdiqləyib. Məşhur ulduz ilk evliliyini 1993-1997-ci illər arasında beyzbol idmançısı Deyvid Castis ilə yaşamışdı. Sonra isə 2001-2005-ci illər arasında Erik Bennet ilə evli olub. Hazırda 46 yaşında olan Berri, özündən 10 yaş gənc olan Kanadalı model Qabriel Aubry ilə də münasibəti olub. Aubrinin bu münasibətdən Nahla adında 5 yaşında bir qızı var. Halle Berri və Olivier Martinez ilk körpələrini də qısa bir müddət sonra qucaqlarına alacaq. Bu, 47 yaşındakı Martinezin ilk evliliyi olacaq.


Sizin Reklam Yeriniz