Əlaqə Arxiv
news Image
2012.05.13
00:36
| A A A
Dünyaşöhrətli müğənniyə məxsus dəyərli əşyalar oğurlanıb

Movqe.Az xəbər verir ki, dünyaşöhrətli müğənni Xulio İqlesiasın yaşadığı otel otağından ona məxsus olan dəyərli əşyaları oğurlanıb. Belə ki, Venesuela Baş Prokurorluğundan ölkə mətbutına verilən xəbər görə, Valensiya şəhərində konsert verən 68 yaşlı X.İqlesias ilə qardaşı oğlu, qaldıqları otel otağlarına döndüklərində, 1600 dollarlarıyla yanaşı, 3 "iPad", video kamera, kompüter, fərdi sənədlərinin olduğu çanta və başqa dəyərli əşyalarının oğurlandığı görüblər. Məşhur müğənni və qardaşı oğlu şahidi olduqları mənzərədən sonra polisə müraciət ediblər.

Xəbərdə qeyd olunur ki, otel işçilərini sorğuya çəkən xəfiyyələrin, təhlükəsizlik kameralarının görüntülərini araşdırmaları və xüsusi amilləri dəyərləndirmələri oğurluq edən şəxsin (şəxslərin) tapılmasına maksimum kömək olacaq.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz