Əlaqə Arxiv
news Image
2012.05.13
14:33
| A A A
Bu gün Fəxriyyə Xələfova ən böyük yeniliyini təqdim edəcək
“Eurovision” mahnı müsabiqəsinin mədəniyyət proqramı çərçivəsində konsert proqramı təşkil olunacaq

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın xüsusi geyim kolleksiyasından ibarət moda nümayişi olacaq. Movqe.Az xəbər portalının məlumatına görə, bu gün "Eurovision" mahnı müsabiqəsinin mədəniyyət proqramı çərçivəsində təşkil olunacaq "Caspian Rose" ("Xəzər qızılgülü") adlı konsert proqramı Heydər Əliyev Sarayında keçiriləcək.

F.Xələfova bildirib ki, bir neçə müddətdir ki, bu nümayişin hazırlıq mərhələsinə hazırlaşır və konsert proqramında böyük geyim kolleksiyasını (60 geyimdən ibarət) təqdim edəcək. Məşhur modelyer müxtəlif stildə təqdim edəcəyi geyimlər arasında ən böyük yeniliyə də imza atacağını deyib. O, gəlinlik stilində olan geyimlərini təqdim edəcək.

Qeyd edək ki, konsert proqramında yalnız Azərbacan modelləri çıxış edəcəklər.

Fuad Mədətov

Movqe.Az

 

Sizin Reklam Yeriniz