Əlaqə Arxiv
news Image
2013.07.18
17:39
| A A A
Rafet: “Onun səsinə vuruldum”

ATV telekanalında yayımlanan "Gün keçir" verilişinə qonaq olan türkiyəli müğənni Rafet El Roman azərbaycanlı duet ortağı Ezodan danışıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi Ezonun onun musiqisinə rəng qatdığını deyib. 

Rafet duet ortağını tapmaqda ona köməklik edən təşkilatçı Nahid Emiloğluya isə təşəkkürünü bildirib:

"Üç il bundan əvvəl Bakıya gələndə Nahidlə restoranda yemək yeyirdik. Orada çıxış edən Ezonun səsinə vuruldum. Nahidin vasitəsilə onunla tanış oldum və mənimlə duet oxumağı təklif etdim. Beləcə, işbirliyimiz quruldu. Ezo musiqimə, ifalarıma rəng qatdı".

Rafetlə birlikdə Bakıya gələn Ezo isə bu işbirliyinin onun həyatını dəyişdiyini deyib:

"Rafet El Romanla işləmək həm şəxsi həyatımda, həm də yaradıcılığımda böyük dəyişikliklər etdi. Bu duet ortaqlığının daha böyük zirvələrə qalxacağına inanıram. O, mənə çox dəstək olur".

Qeyd edək ki, Rafet El Roman və Ezo bu axşam "Yaşıl Teatr"da konsert verəcək. Konsertdə xalq artisti Aygün Kazımovanın da iştirakı gözlənilir.




















Sizin Reklam Yeriniz