Tamaşaçıların ANS və Xəzər telekanallarından tanıdığı aparıcı Xanım Dadaşova azvision.az saytının "Miss Media" layihəsində qonaq olub.
Xanım Natiq qızı Dadaşova 1985-ci il mayın 6-da Bakı şəhərində anadan olub. Uşaqlıqdan arzusu aktrisalıq olub, ancaq ailəsi bu arzusuna qarşı çıxıb.
Valideynləri onu həkim görmək istəyirmiş. Beləliklə, o, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub:
"Təhsilimi başa vurduqdan sonra tibb klinikalarında çalışmağa başladım. Ancaq mikroskop altında qocalmaq mənlik deyildi. Buna görə də CV-mi televiziyalara təqdim etdim. Bu sahə üzrə işə başladım və ANS-in "Dəyər" verilişinin aparıcısı oldum. Daha sonra Xəzər TV-nin "Mənim evim" verilişinin dizayn və təmir rubrikasını apardım".
Təqdim etdiyimiz fotosessiyada aparıcı xanım iki obrazı canlandırıb: əsgər və "Barbie" gəlinciyini.
Xanımın ən böyük arzusu dünya turuna çıxmaq, ən qorxduğu şey insan ölümün şahidi olmaqdır.
Özü haqqında belə deyir: "Xaraktercə səbirsiz, məqsədyönlü, ürəkli və qorxmazam".