Oksana : “Hürrəm obrazı mənə də pis yaraşmadı”
Rəqqasə Oksana Rəsulova Hürrəm Sultan libasında fotosessiya etdirib.
O, Axşam.az saytına açıqlamasında ən çox sevdiyi serialın "Möhtəşəm yüz il", ən bəyəndiyi obrazın isə Hürrəm olduğunu deyib.
"Serialın bir bölümünü də qaçırmıram. Bu fotosessiyanı bir müddətdir ki, etdirmişəm. Hürrəmin bu geyimləri Bakıda yoxdur. Onu çəkiliş üçün mənə Türkiyədən gətiriblər. Hürrəm obrazı mənə də pis yaraşmadı" - deyə o bildirib.