“Öylə bir keçər zaman ki...” nin Soneri (Mete Horozoğlu) güllələndi
"Öylə bir keçər zaman ki..." serialının tanınmış aktyoru Soner – Mətə Horozoğlu "Kayıp" filminin çəkilişi zamanı güllənin hədəfi olub.
Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çəkilişin gerçəkləşdiyi məkanın yaxınlığında iki qrup dalaşmağa başlayıb.
Tərəflərdən birinin silahından çıxan güllə aktyorun ayağına dəyib. Dərhal xəstəxanaya aparılan Mətə ilk müayinədən sonra evinə buraxılıb.
"Film çəkilişi üçün hazırlaşırdıq. Qəfildən silah səsi gəldi və güllə ayağıma dəydi. Yaxşı qurtardım, daha pis ola bilərdi" deyən aktyor qarşı tərəfi polisə şikayət edib.