Əlaqə Arxiv
news Image
2013.07.30
13:56
| A A A
Məşhur türk serial qəhrəmanına 12 il həbs

Türkiyənin populyar "Arka sıradakiler" serialında "İbo" rolunda oynayan aktyor Fırat Çöloğlu təcavüzdə günahlandırılıb

Onun 12 il müddətinə azadlıqdan məhrum edilməsi istənilir.

 

Mövqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, aktyor jurnalist xanım G.D.-ni evinə aparmaq və orada boğmağa başlayaraq ölümlə təhdid etməkdə, sonra da qadını zorlamaqda günahlandırılır.

 

Qadının dediyinə görə, onu dəfələrlə zorlanmaqdan qurtaran ağır allergiya xəstəsi olmasıdır: "Allergik reaksiyam tutduğundan o, qorxdu. Mən də evdən çıxıb qaçdım".

Aktyor Fırat Çöloğlu iddiaları rədd edib.

 

"Bu qadınla əvvəllər dəfələrlə yataqda olmuşuq. Son dəfə də öz istəyi ilə evimə gəldi. Onu zorlamamışam. Qəflətən durub mətbəxə getdi ki, boğulur, allergiyası başlanır. Həmin vaxt evimdə olanlar da şahidlərimdir ki, onu boğmamışam, döyməmişəm".

Sizin Reklam Yeriniz