Əlaqə Arxiv
news Image
2020.08.11
14:18
| A A A
Koronavirusa yoluxmuş müğənni xəstəxanaya yerləşdirildi
Koronavirusa yoluxmuş Rusiya və Belarus müğənnisi Rita Dakota xəstəxanaya yerləşdirilib. Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib. "Xəbərlər çox ürəkaçan deyil: briqada gəldi, mənim vəziyyətimə baxdı, bütün göstəricilərimi ölçdü və qanımda çox az oksigen olduğunu söylədi. Nəticə belədir - məni xəstəxanaya yerləşdirirlər", - Dakota danışıb. Qeyd edək ki, müğənninin COVID-19-a yoluxması ötən həftə məlum olmuşdu. Artistin sözlərinə görə, xəstəlik yalnız üçüncü dəfədən təsdiqlənib.
Sizin Reklam Yeriniz