"Erotik filmə çəkildiyinə görə Vəfa Zeynalovanı əri boşayır"-Eksklüziv
Mövqe.az-ın məlumatına görə, aktrisa Vəfa Zeynalovanın rejissor
Yavər Rzayevin ekranlaşdırdığı "İlahi məxluq" filmində çəkildiyi
erotik epizod sosial şəbəkələrdə və mediada rezonans doğurub.
Müxtəlif fikirlər, rəylər səsləndirilib, bu mövzuda mütəxəssis və
ekspertlərin qatıldığı polemika və debatlar təşkil olunub.
Məlumatlara görə, film aktrisanın ailəsidən də izsiz ötüşməyib. Bu
barədə Mövqe.az-a Vəfa Zeynalovanın adının açıqlanmasını istəməyən
həmkarı, məlumat verib. O deyib: "Mən həmin filmin ancaq "məşhur
səhnəsi"nə baxdım. Bir aktrisa olaraq Vəfanı başa düşürəm. Amma
kişilər belə şeyi qəbul eləməkdə çətinlik çəkirlər. Eşitdiyimə
görə, açıq-saçıq səhnəni Vəfanın həyat yoldaşı dözümsüzlüklə
qarşılayıb. Ailədə başlayan söz-söhbət hətta boşanma səviyyəsinə
çatıb və məhkəməyə müraciətlə yekunlaşıb". Mövqe.az aktrisanın özü
ilə əlaqə yaradıb. Sualları əsəbiliklə qarşılayan Vəfa Zeynalova bu
barədə heç bir açıqlama vermək istəmədiyini deyib: "Bu barədə
danışmaq istəmirəm. Bilmirəm axmaq şeyləri kimlər uydurur? Yazmağa,
danışmağa başqa mövzu yoxdur?! Yoxdu elə şey..." Aktrisanın öz ailə
həyatını müdafiə etməməsi, xəbəri yalana çıxarmaması və ətraflı
izah verməməsi bizdə təəccüb və şübhə doğurdu. 2011-ci ildə
çəkilmiş "İlahi məxluq" filmi "Bizim kino" prodüser mərkəzinin
istehsaladır. Rejissoru və ssenari müəllifi Yavər Rzayev, bəstəkarı
Siyavuş Kərimidir.