Əlaqə Arxiv
news Image
2012.05.15
15:40
| A A A
EMİN “Eurovision”dan sonra tamaşaçıların qarşısına çıxacaq
Məşhur müğənni solo konsert proqramıyla çıxış edəcək

Məşhur müğənni Emin Ağalarov Bakıda solo konsert proqramıyla çıxış edəcək. Movqe.Az xəbər portalının məlumatına görə, E.Ağalarov iyulun 9-da Yaşıl Teatrda solo konsert proqramıyla tamaşaçılara xoş dəqiqələr yaşadacaq. Müğənni konsert proqramında payız aylarında hazır olacaq albomuna daxil olan yeni mahnılarını ifa edəcək.

Qeyd edək ki, E.Ağalarov, "Baby get higher" adlı yeni sinqli ilə Britaniya hit-paradlarında ilk yerlərdə qərarlaşıb və müğənniyə olan maraq günü-gündən artmaqda davam edir.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz