ABŞ prezidenti Barak Obama Kim Kardaşyan - Kanye Vest cütlüyünü gənclərin tərbiyəsini pozmaqda təqsirləndirib.
"Qafqazinfo"nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, prezident bildirib ki, cütlük həyat tərzləri ilə amerikalı gəncləri pis yola sürükləyirlər, eyni zamanda Amerikanın şərəf və ləyaqətinə ləkə gətirirlər.
"Kim və Kanye amerikalı gənclər üçün şişirdilmiş və ədalətsiz standartlar üzərinə qurulmuş həyat tərzi sərgiləyirlər. Onlar Amerika mədəniyyətinin dəyərini azaldırlar. Həyatda yaxşı təhsil, zəhmətsevərlik və yüksək mədəniyyət sahəsində uğur qazanmaq olur. Lakin bu cütlük gəncləri pul qazanmağa və yüngül həyat tərzinə yönəldir. Bizim vaxtımızda gənclər ulduzların həyatı ilə çox az maraqlanırdılar, indikilər isə səhərdən axşama kimi Kimin nə geyindiyi və ya Kanyenin özünü necə aparması ilə maraqlanırlar".
Obamanın Kardaşyan ailəsini tənqid etməsi realiti-şou ulduzun fanatları tərəfindən mənfi reaksiyaya səbəb olub. Kardaşyan isə prezidentin bəyanatına heç cür reaksiya verməyib.