Ülvira Qarayeva yenidən ANS-ə qayıdıb- Özəl-Yenilənib
Bir müddət əvvəl ANS-dən çıxarıldığı bildirilən aparıcı Ulvira
Qarayeva yeni layihəyə başlayır. Bu barədə Mövqe.az-a o özü məlumat verib. Ulvira Qarayeva
sentyabrdan efirdə görünəcəyini deyib. Amma bəzi məqamları gizli
saxlamağı üstün tutub: "Kanalların birində yeni bir layihə ilə
tamaşaçıların görüşünə gələcəm. Əslində həmin verilişin hazırlıq
işləri çoxdan başlanılıb. Sosial yönümlü veriliş olacaq. Yaxın 3-4
günə anonslar yayımlanacaq. Sentyabrdan isə veriliş start verəcək.
Hələlik telekanalın və verilişin adını açıqlamıram". Ülvira
Qarayeva hamını, xüsusilə də onu sevənləri səbirli olmağa çağırıb:
Demək istəyirəm ki, səbirli olun, möhtəşəm layihə ilə gəlirəm. Çox
az qaldı...".
****
Mövqe.az-a daxil olan məlumata görə, aparıcı Ülvira Qarayeva ANS-ə geri dönüb. Bu barədə mövqe.az-a adının açıqlanmasını istəməyən şəxs məlumat verib : "Bəli Ulvira ANS-ə geri dönüb və sosial verliş aparacaq. Bu layihədə o Elçin Əlibəyli ilə birgə çalışacaq. Çəkilişləri də artıq olub".
Mövqe.az aparıcı Ülvira Qarayeva ilə əlaqə yaratdı. O, bu xəbəri təkzib etmədi : " Mən bu xəbər haqqında şərh vermək istəmirəm. İstəsəz məlumatı olduğu kimi yaza bilərsiniz".