İlhamə Qasımova intim mahnı ifa edəcək-ÖZƏL
Mövqe.az-ın məlumatına görə, müğənni İlhamə Qasımova tezliklə yeni
bir hit olacaq mahnı təqdim edəcək. Mahnı "Səni sevirəm" adlanır.
Mahnının sözləri və musiqisi Murad Arifə məxsusdur. Belə ki, Murad
Arifin mövqe.az-a verdiyi məlumata görə, "Səni sevirəm" hit
mahnılar sırasında olacaq: Tezliklə "Səni sevirəm" adlı mahnım
İlhamə Qasımovanın ifasında səslənəcək. Bu mahnı bu günədək
yazdığım ən intim, ən özəl, ən şəxsi iş, başqaa bir dünyadır.
Sevənlər yeni mahnımı İlhama Qasımovanın ifasında eşidəcəklər.