"Müğənni indi də qayınatasını göylərə qaldırdı..."
Mövqe.az-ın məlumatına görə, müğənni İradə İbrahimova ailəsində
olan mehribançılıqla yenidən gündəmdədir. Bir neçə gün əvvəl
qaynanasını təbrik edən müğənni İradə İbrahimova bu gün sosial
şəbəkə vasitəsilə qaynatasını ad günü münasibəti ilə təbrik edib.
Belə ki, müğənni facebook səhifəsində qaynatasının şərəfinə bu
statusu yazıb: "Atamız, canımız, bir dənəmiz... Varlığınla
qürur duyuram. Öz atamı itirsəm də, sənin timsalında ata kəliməsini
itirmədim. Allah səni başımızın üstündən əksik etməsin. Uzun,
sağlam, xoşbəxt bir ömür arzulayıram. Nə yaxşı ki, varsan. Ad günün
mübarək".