Əlaqə Arxiv
news Image
2013.09.04
19:04
| A A A
Nadirdən Tünzaləyə sərt cavab...

"ANS" telekanalında yayımlanan "Günə baxan" verilşində qonaq olan Tünzalə Ağayeva bayağı mahnılardan danışarkən Nadir Qafarzadənin oxuduğu "Maral" mahnısını da tənqid atəşinə tutub. Mövqe.az-ın məlumatına görə, Tünzalə Ağayeva bu cür mahnıların Azərbaycan musiqi mədəniyyətini məhv etdiyini deyib: "Maral" mahnısının səs-sədasını eşitmişəm. Bu cür bayağı mahnıların son vaxtlar çox yayılması heç də xoş hal deyil. Onlar tarix boyu hər zaman olub, heç kim də qarşısını ala bilməyib. Onlar böyük bir cərəyandır. Bu cür mahnıları terror adlandırıram. Musiqimizi məhv edirlər".

Müğənni Nadir Qafarzadə isə Mövqe.az vasitəsilə məsələyə aydınlıq gətirib: "Bu gün "Maral" avtomobillərdə, toylarda, küçələrdə, hər yerdə səslənir. Bütün Azərbaycan bu mahnını dinləyib də, dinləyir də... Heç kim deyə bilməz ki, mən bu mahnını eşitməmişəm, dinləməmişəm. Bu, yalan olar. Mahnı səslənəndə heç kim qulağnı tutmur, dinləyir yəqin ki. Həmçinin də Tünzalə xanım. Bu, bizim mahnımızdır. Biz öz mahnılarımıza belə ögey münasibət bəslədiyimizə görə elə o, bu bizim mahnıları oğurlayıb oxuyur. Sonra biz ayılırıq ki, ay Allah bu bizim mahnımız imiş. " Maral" mahnısı 30 il keçəndən sonra deyəcəklər xalq mahnısıdır. Bizdə həmişə belə olub. Əslində, bu çox normal musiqiyə və sözlərə malik musiqidir. Orda vulqar bir şey yoxdur".

"Tünzalə xanımın ifasını bəyənirsizmi" sualına Nadir Qafarzadə belə cavab verib: "Tünzalə xanımın "Sevdi can səni" mahnısı xoşuma gəlib, ifa etmişəm. Vəssalam. Tünzalə xanıma qarşı heç bir narazılığım yoxdur, xanım kimi ona hörmətim var. Ancaq xalqın sevdiyi şeylərə düzgün yanaşmaq lazımdır. Bu gün çoxu xalqın adından danışır, amma bu, doğru deyil. Xalq bəyənirsə, bunu inkar etmək, qərəzli yanaşmaq olmaz. Onun fikrinə normal yanaşıram".

"Bu cür mahnıları terror adlandırıram. Musiqimizi məhv edirlər" fikrinə isə N. Qafarzadə belə münasibət bildirib: "Xeyr, bu fikirlə qəti razı deyiləm. "Maral" əsl Azərbaycan musiqisidir".

Sizin Reklam Yeriniz