Əlaqə Arxiv
news Image
2013.09.05
16:42
| A A A
Röyanın mahnısı üstə dava qızışdı- Azad İsayev coşdu!

Mövqe.az-ın məlumatına görə, Röya Ayxanın "Çarəsiz xəstəlik" mahnısı üstündə dava düşüb. Mövqe.az vasitəsilə, mahnı oğurluğunda təqsirləndirilən Azad İsayev haqqında deyilənlərə şərh verib: " Barəmdə çıxan xəbərləri oxudum və çox məyus oldum. Çünki mən Leyli İsrafiovanın Röya üçün yazdığı sözləri mənimsəməmişəm. Röya ilə heç bir iş birliyim yoxdur.Mən heç o mahnını eşitməmişəm necə ola bilər ki ona söz yazım? Mahnının bəstəkarından soruşa bilərsiniz.Mən Leylinin xətrini çox istəyirəm və sənətini də bir şair kimi bəyənirəm.Müashibədə qeyd edib ki, belə bir şair var hardadı bilinmir. Qeyd edim ki, mən İstanbulda yaşayıram və burada həm şirkətlərim var, həm də şairlik fəaliyyətimi davam etdirirəm. Bu yaxında türk müğənniləri mənim sözlərimə bəstələnmiş mahnılar oxuyacaqlar və 16 mahnı işıq üzü görəcək.Adlarını hələ ki, çəkə bilmərəm. Yaxında mahnılar işıq üzü görəndə biləcəksiniz" . 


Qeyd edək ki, Azad İsayev iş adamıdır və Türkiyədə yaşayır bir çox müğənnilərə mahnı sözləri yazıb.

 

Xatırladaq ki, Leyli İsrafiova mətbuatda bu müsahibəni verib: "Deyirlər qulaq gündə bir söz eşitməsə, kar olar. Dünən çox gülməli bir söz eşitdim, Azad İsayev adlı şair var, Röyanın "Son görüş" mahnısının sözlərini yazıb, hal-hazırda indi haradadır bilinmir. Amma mənə xəbər çatıb ki mənim Pərviz Mahmudovun musiqisinə yazdığım "Çarəsiz xəstəlik" adlı şeiri guya həmin bu "şair" yazıb və bəstəkara da deyib ki, istəmirəm adım bilinsin, yoxsa oxumazlar, qoy Leylinin adı getsin. Həmin bu "Çarəsiz xəstəlik" mənə bir dostumun sifarişi idi və mən də həm bəstəkarın, həm də Hakanın yanında bu sözləri keçən il yazdım. İndiyə qədər də haram pul yeməmişəm, mahnıdan əgər bəstəkar 3000-2000 manat alırsa, mən sadəcə 500 manat (onu da çox verən yoxdur heç) almışam. İndiyə qədər mən heç kimin sözlərini mənimsəyib, belə boş-boş danışmamışam. Əksinə başqalarına söz yazıb müəllif hüquqlarından imtina etmişəm. Bu dəfə ağlıma çox ağıllı fikir gəlib.Həmin o şair versin mənə 50.000 manat mən də bağışlayım ona öz sözlərimi və müəllif hüquqlarından imtina edim. Nə şiş yansın, nə kabab. Bir də bir şey var, bu sözü deyən adam həm şair, həm hacıdır. İnanmıram ki, həccə gedəsən, Tövbə qapısında tövbə edəsən, Kəbəni fırlanasan, Allaha dua edəsən, şeytan daşlayasan və sonda insan haqqını yeyəsən".

Sizin Reklam Yeriniz