Əməkdar aktrisa poetik duyğular yaşatdı-VİDEO
Mövqe.az-ın məlumatına görə bir neçə gün öncə "ORadio.az" -
İnternet Radiosunun "Ulduzlu saat" verilişinin qonağı Azərbaycan
Respublikasının Əməkdart artisti Hüsniyyə Mürvətova olub. Daima
gülərüz, şən, pozitiv siması ilə yaddaşlarda qalan aktrisa öz
daxili dünyasının necə incə, poetik duyğularla dolu olduğunu ifa
etdiyi şeirlərlə də göstərib. H. Mürvətova sonda "ORadio.az"a öz
şeir diskini hədiyyə edib.
Verliş zamanı müxtəlif mövzulardan danışan aktrisa həmkarı Vəfa
Zeynalovaya da dəstək verib. Hətta verliş zamanı gözlənilmədən
aktrisaya oğlu Orxan tərəfindən sevgi mesajı da gəlib. Verliş
zamanı bir çox maraqlı anlar yaşanıb.
Qeyd edək ki, "ORadio.az" - İnternet Radiosunda "Ulduzlu saat" verilişi həftənin 2-ci, 4-cü, 6-cı günləri saat 20:00-da yayımlanır.