Əlaqə Arxiv
news Image
2013.09.09
14:50
| A A A
Müğənni Aslan: "Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ deyil!"

"Bu cür davam etsə, sənətdən gedəcəm"

Müğənni Aslan Hüseynov müğənnilərdən gileyləndi. Mövqe.az-ın məlumatına görə, müğənni "Qafqazinfo"ya açıqlamasında şou-biznesdə baş verən hadisələrdən, qalmaqallardan danışıb: "Düzünü deyəcəm, artıq sənətə həvəsim ölüb, marağım qalmayıb. Çünki səsi olan da oxuyur, olmayan da, sənətkarlar bir kənarda qalıb, səsi olmayanlar ortaya düşüb, xalq artistləri gündə bir qalmaqal yaradır, müğənniliyə, bu sənətə layiq olmayan işlər görür. Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ deyil. Cənab prezident bu barədə işlər görür, hər bir sahədə Azərbaycan inkişaf edir. Bu sözümə görə, bəlkə məni qınayacaqlar. Bizim ən böyük problemimiz mədəniyyətimizin ölməsidir. Müğənnilərimiz özlərini xarici ulduzlara bənzədir, səhnəyə çıxıb hoppanırlar. Azərbaycanlı kimi hərəkət etmək, dövlətimizin adına uyğun işlər görmək lazımdır. İncəsənətdə hər şey bu cür davam etsə, sənətdən gedəcəm, yalnız el şənliklərində və dövlət tədbirlərində oxuyacam. Mənim sənətdən getməyim Azərbaycan estradasına böyük bir zərbə vurmayacaq. Amma bu sənətə zərbə vuranlar çox olacaq, mən bunu indidən görürəm. Bu ölkədə mənə, sənətimə qiymət verən insanlar çoxdur, onlara təşəkkür edirəm".


Müğənni yeni mahnılar üzərində işlədiyini bildirib: "İki yeni mahnı üzərində işləyirəm, biri rus, digəri Azərbaycan dilində olacaq. Bu mahnıları da həmişəki kimi xaricdə yazdırmışam. Nəsibə Abdullayeva ilə duet oxuyacağıq. Demək olar ki, artıq mahnılar hazırdır, yalnız aranjeman olunmağı qalıb. Aranjımançının şəxsi problemləri olduğu üçün mahnıların tam hazır olması gecikir".


Sizin Reklam Yeriniz